• Bakı 15° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

İran XİN başçısı Qətərdə səfərdədir

DÜNYA

07 Dekabr 2024 | 10:00

İran XİN başçısı Qətərdə səfərdədir

İranın xarici işlər naziri Abbas Əraqçi Suriyadakı vəziyyəti müzakirə etmək məqsədi ilə Qətərin paytaxtı Dohada səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

Məlumata görə, “Doha forumu”nda Abbas Əraqçi ilə yanaşı, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiya XİN başçısı Sergey Lavrov da iştirak edəcək.

A.Əraqçi bundan əvvəl İraqda səfərdə olub. O, Bağdada səfəri zamanı İranın Suriyadakı Bəşşar Əsəd rejimini bütün istiqamətdə müdafiə edəcəklərini bildirmişdi.

Xatırladaq ki, daha əvvəl Türkiyə, Rusiya və İran Suriya məsələsi ilə bağlı Qazaxıstanın Astana şəhərində görüşlər keçirib və fəaliyyətlərini uzlaşdırmaq üçün razılaşma əldə etmişdilər. Bu tədbir “Astana formatı” adlanır.


SON XƏBƏRLƏR

18 Aprel 2025