ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ və İsrailə qarşı hücumları nəticəsində həlak olan ABŞ hərbçilərinin sayının yeddiyə çatdığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, qurumun bəyanatına görə, sonuncu ölən əsgər 1 martda Səudiyyə Ərəbistanındakı ABŞ bazasına hücum zamanı ağır yaralanan 26 yaşlı çavuş Benjamin Penninqton olub.
Pentaqon Penninqtonun Kentukki ştatından olduğunu və aldığı xəsarətlər səbəbilə həyatını itirdiyini bildirib.
Rəsmi məlumatda ABŞ-nin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlarının davam etdiyi vurğulanır.
Əli Hüseynov
Bakı 




