İranda məhkəmə gənc cütlüyü paytaxt Tehrandakı Azadi Qülləsi qarşısında rəqs etdiyinə görə 10 il həbs cəzasına məhkum edib.
Bakıvaxtı.az xəbər verir ki, İnstaqramda Tehranda çoxlu sayda izləyicisi olan cütlük "korrupsiya və fahişəliyi təbliğ etmək" və "milli təhlükəsizliyə xələl gətirmək üçün bir araya toplaşmaq" ittihamı ilə məhkum ediliblər. Cütlüyə internetdən istifadə etmək və İrandan kənara səyahət etmək də qadağan edilib.
Məlumata görə, ər-arvadın məhkəmə prosesi boyunca vəkillərlə görüşünə icazə verilməyib və onların zaminə buraxılması cəhdləri də rədd edilib.
Videoda gənc qızın hicabsız olduğu görünür.
Qeyd edək ki, İranda ictimai yerlərdə rəqs etmək qadağandır.
Gənc qızın uzun saçlarının dalğalandığı görünən video internetdə tələb olunan azadlıqların simvolu olaraq görülüb və paylaşım rekordu qırıb.
Ay Tac















