İran hakimiyyəti dekabr ayında başlayan etirazlar zamanı 139 xarici vətəndaşı həbs edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yəzd polis rəisi Əhməd Negahba bildirib.
O qeyd edib ki, iğtişaşçılarla bağlı sənədlərin araşdırılması zamanı həbs olunanlardan 139-nun əcnəbi olduğu müəyyən edilib. Həbs olunanların vətəndaşlığı göstərilməyib.
Əhməd Negahbanın sözlərinə görə, onlar iğtişaşların təşkilində, təhrikində və rəhbərliyində, bəzi hallarda İran xaricindəki şəbəkələrlə əlaqədə iştirak ediblər.
Qeyd edək ki, 28 dekabrda bahalaşmaya qarşı başlayan etirazlar sonradan hökumətə qarşı daha geniş hərəkata çevrilib. İran hakimiyyəti nümayişlərdə 3000-dən çox insanın ölümünü etiraf edib.
Aydın Baxış
Bakı 




