İranın bəzi şəhərlərində tədris prosesi dayandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, buna səbəb sözügedən ərazilərdə baş verən qum qasırğası olub.
O cümlədən, qeyd edilən səbəbdən bu gün Qərbi Azərbaycan, Kürdüstan və Zəncanda məktəblər, Şərqi Azərbaycanda isə məktəblər, eləcə də, Təbriz şəhərində bütün dövlət qurumları və banklar bağlanıb.
Diqqətə çatdırılıb ki, qum qasırğasının bu gün Əlborz əyaləti və paytaxt Tehrana çatacağı gözlənilir.
Nuray Qurbanova,
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi.
Bakıvaxtı.az.