• Bakı 15° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var

DÜNYA

12 Sentyabr 2026 | 15:28 | Müəllif: Subhan Mahmudov

İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var

İranın Sistan və Bəlucistan vilayətində SEPAH qüvvələri ilə silahlı qrup arasında toqquşma baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Saravan şəhərində qeydə alınıb.

SEPAH-ın açıqlamasında bildirilib ki, qüvvələr terror aktı hazırlığında olan silahlı qrupla qarşılaşıb. Əməliyyat zamanı qrupun 4 üzvünün öldürüldüyü qeyd olunub.

Məlumata görə, günorta saatlarına qədər davam edən əməliyyat nəticəsində SEPAH-ın 3 əməkdaşı da həyatını itirib.

Əməliyyat zamanı qrupun gizləndiyi ərazidən silah, sursat və partlayıcı maddələr aşkarlanaraq götürülüb.

SEPAH bildirib ki, ölən silahlı qrup üzvlərinin sayının artacağı istisna edilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR