Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrandakı müharibənin nəticələrinin artıq Avropada hiss olunduğunu və müxtəlif sektorlara təsir etdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, fon der Leyen bunu Yaxın Şərq liderləri ilə telefon danışığından əvvəl Aİ səfirlərinə söyləyib.
"İndi gözlənilməz nəticələrə səbəb olan regional münaqişənin şahidi oluruq. Və bu "dağılma effekti" bu gün artıq reallıqdır", - o deyib.
O, Kiprdəki Britaniya bazasına PUA hücumu, ticarətin pozulması və "insanların didərgin salınması"ndan bəhs edərək qeyd edib: "Vətəndaşlarımız atəş altındadır. Tərəfdaşlarımız hücuma məruz qalıb".
Von der Leyen vurğulayıb ki, İran rejimi üçün göz yaşı tökməyin mənası yoxdur.
"İran xalqı azadlığa, ləyaqətə və öz gələcəyini təyin etmək hüququna layiqdir, hətta bunun müharibə zamanı və sonrasında təhlükəyə və qeyri-sabitliyə səbəb olacağını başa düşsək belə", - deyə Lyayen əlavə edib.
Aynur Babazadə
Bakı 




