• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

İrandan Kərbəla zəvvarlarına qarşı törədilən terror aktına münasibət

DÜNYA

13 Sentyabr 2024 | 15:29

İrandan Kərbəla zəvvarlarına qarşı törədilən terror aktına münasibət

İran XİN sözçüsü Əfqanıstanda Kərbəla zəvvarlarına qarşı törədilən terror aktını pisləyib.

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani açıqlama verib.

O, açıqlamasında İŞİD terrorçularının cinayətkar hücumunu tənqid edib.

"İran müvafiq orqanların antiterror tədbirlərini dəstəkləyir. Kərbəla zəvvarlarına qarşı bu cinayəti törədənlərin cəzalandırılması üçün təcili tədbirlər görülməlidir", - deyə XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, ötən gün Əfqanıstanın Daykundi və Qor əyalətlərinin sərhədi yaxınlığındakı aşırımda silah hücum hadisəsi baş verib. Hücum yerli sakinlərin İraqın Kərbəla şəhərindən qayıdan zəvvarları qarşılamağa getdiyi zaman yaşanıb. Hücum nəticəsində azı 14 nəfər ölüb, 4 nəfər yaralanıb.

Gülşən Şərif

 
 
 


SON XƏBƏRLƏR