Almaniya kansleri Fridrix Merz İranda ictimai asayişin qorunmasının və mümkün miqrasiya axınlarının qarşısının alınmasının vacibliyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Merz Münxendə keçirilən sənətkarlıq sərgisində çıxışı zamanı deyib:
"İranda əsas ehtiyacların qorunub saxlanılmasının vacibdir. Biz həmçinin İrandan gələn nəzarətsiz miqrasiya axınlarının qarşısını almaq istəyirik. Biz Suriya ssenarisini yaşamaq istəmirik. Suriyada illərdir davam edən vətəndaş müharibəsi səbəbindən milyonlarla insan vətənindən qaçıb, onların çoxu Avropaya, xüsusən də Almaniyaya üz tutub".
Bakı 




