• Bakı C

    8.53 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

İranın dron hücumu: Ehtiyatlı və ölçülü reaksiya vacibdir

SİYASƏT

05 Mart 2026 | 15:37

İranın dron hücumu: Ehtiyatlı və ölçülü reaksiya vacibdir

“Müxtəlif təxribatların və kənar təhrikçilik cəhdlərinin olma ehtimalını nəzərə alaraq soyuqqanlı davranmalıyıq".

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib.

Ekspert bildirib ki, Azərbaycan Respublikasının rəsmi dövlət mövqeyindən kənara çıxmamalıyıq:

"Belə hallarda rəsmi dövlət qurumlarının münasibətlərinə uyğun davranmalıyıq. Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran ərazisindən həyata keçirilən məlum dron hücumlarını  Azərbaycan Xarici İşlər Nazirliyi qətiyyətlə pislədiyini bəyan edib. Azərbaycan ərazisinə bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olması və regionda gərginliyin artmasına xidmət etdiyini bildirib. Həmçinin Azərbaycan XİN İran tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verilməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib”.

Tural İrfan: Həssas prosesləri nəzərə alaraq rəsmi qurumların mövqeyini izləməliyik

Onun sözlərinə görə, bununla yanaşı təbii olaraq Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. İranın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xarici İşlər Nazirliyinə çağırılıb:

“Məsələ ilə bağlı İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək. Hesab edirəm ki, həssas prosesləri nəzərə alaraq xüsusən bu məsələdə rəsmi qurumların mövqeyini izləməliyik".

Aydın Baxış


SON XƏBƏRLƏR