İranın İsrail ərazisinə hücumu nəticəsində yeddi yaşlı uşağın ölümü barədə ilkin məlumatın doğru olmadığı üzə çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a İsrailin Rusiyadakı səfiri Simona Qalperin məlumat verib.
"Biz məlumatı dəqiqləşdirmişik ki, uşaq ölməyib, onun vəziyyəti ağırdır", - diplomat bildirib.
Bundan əvvəl səfir bildirmişdi ki, İranın hücumu zamanı aldığı xəsarətlər nəticəsində yeddi yaşlı uşaq ölüb.
13:15
İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib.
"Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib", - deyə diplomat qeyd edib.
Səfir aydınlıq gətirib ki, hava zərbələri ölkənin cənubundakı İsrail Hərbi Hava Qüvvələri bazasına cüzi ziyan vurub.
















