Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan qazısına Bəxtiyar Nəcəfovin namizədliyi irəli sürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında deyib.
QMİ sədri bildirib ki, Bəxtiyar Nəcəfovun İrəvan qazısı təyin olunması səsə qoyularaq qəbul edilib.
İrəvan Qazısının Əsasnaməsi təsdiqlənib. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev QMİ-nin Qazılar Şurasının iclasında Əsasnməni səsləndirib.
***
11:17
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan qazısının fəaliyyətinin bərpa olunması ilə bağlı iclas keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, iclasda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Qazılar Şurasının üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və deputatlar iştirak edirlər.
İclas Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə açıq elan olunub.
***
10:40
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İrəvan qazılığının fəaliyyəti bərpa edilir.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı İdarənin Qazılar Şurasında iclası keçirilir.
Bildirilib ki, İrəvan qazısı fəaliyyətini QMİ-nin əsas binasında davam etdirəcək.