q
  • Bakı 14° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

İrlandiya ilə enerji tərəfdaşlığı müzakirə edildi

İQTİSADİYYAT

22 Aprel 2026 | 15:10

İrlandiya ilə enerji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan və İrlandiya enerji sahəsində əməkdaşlığı müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Bununla bağlı müzakirələr azərbaycanlı nazir ilə İrlandiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti arasındakı görüşdə aparılıb.

P.Şahbazovun sözlərinə görə, görüşdə mayeləşdirilmiş təbii qaz (LNG), həmçinin bərpa olunan enerji mənbələrinin istehsalı və ötürülməsi sahələrində əməkdaşlıq imkanları dəyərləndirilib.

Nazir qeyd edib ki, ötən il Azərbaycan İrlandiyanı 532 min ton xam neftlə təchiz edib.


SON XƏBƏRLƏR