• Bakı 16° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

İş yerlərində seksual-qısnamaya qarşı qanunvericilik təkmilləşdiriləcək

CƏMİYYƏT

10 May 2024 | 17:20

İş yerlərində seksual-qısnamaya qarşı qanunvericilik təkmilləşdiriləcək

Əmək münasibətlərində seksual-qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə qanunvericilik təkmilləşdiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il sentyabrın 1-dək əmək münasibətlərində ayrı-seçkiliyin və seksual-qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.


SON XƏBƏRLƏR