q
  • Bakı 15° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

İşdən çıxarılan Barat Yusubovdan ŞOK AÇIQLAMA: “O vəzifəni...”

CƏMİYYƏT

24 Aprel 2026 | 12:55

İşdən çıxarılan Barat Yusubovdan ŞOK AÇIQLAMA: “O vəzifəni...”

“Vallah, mən xoşbəxtəm”.

Bunu Bakıvaxtı.az-a bir neçə gün əvvəl “Yeni Klinika”nın direktoru vəzifəsindən azad edilən Barat Yusubov bildirib.

O, vəzifədən azad edilməyini normal hal kimi qiymətləndirib:

“Açıq deyim, o vəzifəni mən istəməmişdim. Uyğun bilib, dəvət edib, məni o  vəzifəyə təyin etmişdilər. Bacardığımız qədər işlədik, indi də getməyimi uyğun bildilər, getdim. Həqiqətən səmimi deyirəm, mən o bürokratlardan deyiləm. Mənim üçün vəzifə bir layihədir. Allaha şükür ki, qarşıma qoyduqları məsələləri, rəqəmləri də uğurla yerinə yetirdim. İndi də başqası gələcək, ona da bir başqa tapşırıq veriləcək. Mənə görə vəzifə deyilən bir anlayış yoxdur. Bir layihə var, o layihəni həyata keçirmək var. Mən bu layihəni bitirdim. Mənim üçün bu qədər”.

B.Yusubov xarici ölkələrdən birinə köçüb-köçməyəcəyi ilə bağlı iddialara da aydınlıq gətirib:

“Hələ ki istirahət edirəm. Heç bir fikrim yoxdur”.

 Qeyd edək ki, iki gün əvvəl “Yeni Klinika”nın direktoru Barat Yusubov vəzifəsindən azad olunub.

Aydın Baxış


SON XƏBƏRLƏR