• Bakı 30° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

İşğaldan azad edilmiş ərazilərdə istehsala dəstək davam etdirilir

SİYASƏT

25 Avqust 2026 | 12:26

İşğaldan azad edilmiş ərazilərdə istehsala dəstək davam etdirilir

İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergi və gömrük güzəştləri istehsal fəaliyyətinin təşviqinə və müxtəlif sənaye sahələrinin inkişafına imkan yaradır.

Bakıvaxtı.az xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya mühitinin yaxşılaşdırılması, istehsal fəaliyyətinin təşviqi və sahibkarlığın inkişafı məqsədilə rezidentlər üçün müxtəlif dövlət dəstək mexanizmləri tətbiq edilir.

Bu çərçivədə həmin iqtisadi rayonlarda vergi uçotuna alınan və bilavasitə bu ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2033-cü il yanvarın 1-dək müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, həmçinin xammal və materialların idxalı zamanı əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumundan azaddırlar.

Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən sənaye parklarında istehsal fəaliyyəti quran müəssisələr idxal etdikləri texnika, texnoloji avadanlıq və xammala görə indiyədək ümumilikdə 17,4 milyon manat məbləğində vergi və gömrük rüsumlarından azadolma əldə ediblər.

Tətbiq olunan güzəşt və dəstək mexanizmləri nəticəsində bölgədə tekstil, tikinti materialları, elektrik avadanlıqları, nəqliyyat vasitələri və digər sənaye məhsullarının istehsalı həyata keçirilir.

Qeyd edək ki, güzəştlərdən yararlanmaq üçün sənədlərin qəbulu fiziki və elektron formada İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.

Müvafiq fəaliyyət sahələri üzrə idxalı nəzərdə tutulan texnika, texnoloji avadanlıqlar və qurğuların, eləcə də xammal və materialların siyahısı Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Avqust 2026