• Bakı 25° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

İsgəndər Aznaurovun xatirəsi anılıb - FOTOLAR

CƏMİYYƏT

22 Avqust 2026 | 17:10

İsgəndər Aznaurovun xatirəsi anılıb - FOTOLAR

Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Aznaurov İsgəndər Söhrab oğlunun əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Bu barədə Bakıvaxtı.az-a  Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolundan danışıblar.

    Milli Qəhrəmanın ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


    İsgəndər Aznaurovun xatirəsi anılıb - FOTOLARİsgəndər Aznaurovun xatirəsi anılıb - FOTOLARİsgəndər Aznaurovun xatirəsi anılıb - FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Avqust 2026