• Bakı 10° C

    13.34 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

İslamabad danışıqları nəticə vermədi - İran XİN

DÜNYA

12 Aprel 2026 | 09:00

İslamabad danışıqları nəticə vermədi - İran XİN

“İslamabad danışıqları heç bir nəticə vermədi, lakin diplomatiya davam edir”.

Bakıvaxtı.az İranın “Tasnim” agentliyinə istinadən xəbər verir ki,bunu Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

"Bəzi məsələlərdə razılığa gəldik. Lakin 2-3 vacib məsələdə fikir ayrılıqları oldu və nəticədə danışıqlarda razılıq əldə olunmadı", - XİN sözçüsü əlavə edib.

Onun sözlərinə görə, bu danışıqlar mərhələsi son bir ildə ən uzun müddətdir ki, ümumilikdə 24 və ya 25 saat davam edib.

Bəqai qeyd edib ki, danışıqlar çətin 40 günlük müharibədən sonra, inamsızlıq və şübhə mühitində baş tutub. Buna görə də o bu danışıqların tək bir dəfədə başa çatmasının gözlənilmədiyini bildirib.


SON XƏBƏRLƏR

11 Aprel 2026