• Bakı 17° C

    0.53 m/s

“İslami Cihad”ın silah emalatxanası MƏHV EDİLDİ

DÜNYA

18 Noyabr 2023 | 00:33 | Müəllif: Subhan Mahmudov

“İslami Cihad”ın silah emalatxanası MƏHV EDİLDİ

İsrail hərbçiləri Qəzza zolağında Fələstinin “İslami Cihad” radikal təşkilatının böyük silah emalatxanasını məhv ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Dünən səhər İDF qüvvələri “İslami Cihad”ın şimal bölgəsinin komandirinə məxsus emalatxananı ələ keçirib. Bu post mühüm silah istehsalı obyekti olub”, - məlumatda qeyd olunub.

Bildirilib ki, İsrail hərbçiləri obyektdə axtarış aparıb və iki yük maşını, həmçinin “Bədr-3” raketlərinin hissələri və pilotsuz uçuş aparatları ilə dolu silah anbarı aşkar ediblər:

“Bu emalatxana İsrailin mülki vətəndaşlarına qarşı hücumlar üçün nəzərdə tutulan silahların istehsalı üçün istifadə olunub. Həmçinin terrorçuların İDF tanklarını ələ keçirmək üçün istifadə etdikləri təlim tankı da var idi”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR