• Bakı 17° C

    8.17 m/s

  • USD - 1.7

    EUR - 1.8316

    RUB - 0.0185

“İsmayıllının Zəfər şəhidləri” kitabının təqdimatı olub

CƏMİYYƏT

27 Iyun 2022 | 18:43

“İsmayıllının Zəfər şəhidləri” kitabının təqdimatı olub

Yazıçı-jurnalist Yusif Məhəmmədoğlunun “İsmayıllının Zəfər şəhidləri” adlı kitabının təqdimat mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, təqdimat mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunaraq gül dəstələri qoyulub. Daha sonra ərazilərimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən şəhid ailələri kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlıqlarını bildirib, “İsmayıllının Zəfər şəhidləri” kitabının gələcək nəslin vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyəti olduğunu vurğulayıblar.

Kitabın müəllifi Yusif Məhəmmədoğlunun sözlərinə görə, “İsmayıllının Zəfər şəhidləri” kitabında 44 günlük Vətən müharibəsində canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda fəda etmiş İsmayıllı şəhidlərindən, onların keçdiyi şərəfli döyüş yolundan və qəhrəmanlıqlarından bəhs edilib.

Tədbir “Niyal” instrumental ansamblının konsert proqramı və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərlə davam edib.


SON XƏBƏRLƏR

10 May 2024