• Bakı 15° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0174

İspaniyada yağış və daşqınlar: ölənlərin sayı 90 nəfəri ötüb - YENİLƏNİB

DÜNYA

30 Oktyabr 2024 | 23:37

İspaniyada yağış və daşqınlar: ölənlərin sayı 90 nəfəri ötüb - YENİLƏNİB

İspaniyanın Valensiya şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 92 nəfərə çatıb, ölkənin digər iki bölgəsində də 3 nəfərin öldüyü bildirilir.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Regional Fövqəladə Hallar Xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Departament bildirib ki, bu, ölkə tarixində ən böyük təbii fəlakətlərdən biridir.

Qeyd olunur ki, krallığın şərqində dəmir yolu əlaqəsi hələ də pozulur, onlarla marşrut bağlanıb. Xilasetmə işləri davam edir, prosesə yüzlərlə hərbçi cəlb edilib.

20:06

İspaniyanın cənub-şərqində güclü yağışlarla müşayiət olunan fırtına və onların səbəb olduğu daşqınlar nəticəsində azı 72 nəfər dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, təbii fəlakət səbəbindən dəmir yolu əlaqəsi kəsilib, onlarla aviareys təxirə salınıb. Əlverişsiz hava şəraiti ən çox Valensiya Muxtar İcmasının infrastrukturuna ziyan vurub.

Xilasetmə işləri davam edir, prosesə yüzlərlə hərbçi də cəlb olunub.

19:36

İspaniya Milli Meteorologiya Xidməti güclü yağışların qeydə alındığı region üçün “qırmızı” – ən yüksək hava xəbərdarlığı elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “El Mundo” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Sinoptiklərin məlumatına görə, yağışlar azı cümə axşamına kimi davam edəcək.

Səlahiyyətlilərin məlumatına görə, Valensiya və Kastiliya La Mança güclü yağışların yaratdığı daşqınlardan ən çox zərər çəkən bölgələrdir.

Valensiya əyalətinin müxtəlif şəhərlərində 62 meyit tapıldığı, 1 nəfərin itkin düşdüyü bəllidir. Kastiliya La Mançada isə 2 meyit tapılıb, 5 nəfər isə axtarılır.

EFE xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes onlarla şəhərin su altında qaldığını bildirib və əhali üçün təhlükənin hələ keçmədiyi barədə xəbərdarlıq edib.

Yerli KİV-in məlumatına görə, Valensiyada daha əvvəl 400-ə yaxın insan təxliyə edilib, oktyabrın 30-da məktəblərdə dərslər, eləcə də bu tarixə təyin olunan idman tədbirləri ləğv edilib, parklar bağlanıb.


SON XƏBƏRLƏR

30 Oktyabr 2024