• Bakı 16° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

İsrail-Fələstin müharibəsi: Regionun digər oyunçuları da münaqişəyə cəlb olunur

SİYASƏT

10 May 2024 | 16:20

İsrail-Fələstin müharibəsi: Regionun digər oyunçuları da münaqişəyə cəlb olunur

İsrailin Rəfah əməliyyatına hazırlıq görməsi vəziyyəti yenidən kritikləşdirib. HƏMAS atəşkəsə razılıq versə də, Tel-Əviv əməliyyatları davam etdirməkdə israrlı görünür.

Mayın 6-da İsrail ordusu şəhərin İsraillə sərhədə yaxın ərazilərindən fələstinliləri təxliyə etməyə başlayıb. İsrail müdafiə nazirinin ofisi təsdiq edib ki, nazir Baş Qərargahın rəisi ilə birgə Qəzzada aparılacaq hərbi əməliyyatlar, o cümlədən Rəfah əməliyyatı planını təsdiqləyib. Amma Qərbin narazılığı da ortadadır. ABŞ Dövlət katibi Entoni Blinken Konqresə İsraili Qəzzadakı hərəkətlərinə görə tənqid edən hesabat təqdim etməyi planlaşdırır. Qərb İsraili birmənalı dəstəkləsə də, əməliyyatların durmasını istəyir.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, ötən ilin oktyabr ayında başlamış İsrail-HƏMAS qarşıdurması beynəlxalq birliyi narahat edən ən ciddi məsələlərdəndir.

Onun sözlərinə götrə, İsrail-Fələstin arasındakı toqquşmanın miqyasının genişlənməsi son nəticədə üçüncü dünya müharibəsinə gedən yolu sürətləndirə, savaşı daha geniş spektrə yaya bilər:

"ABŞ əslində bundan çəkinir. Yaxın Şərqdə sadəcə ABŞ yoxdur, həmçinin, Rusiya, İran, Türkiyə, Çin və hətta Hindistan da bölgədədir. O baxımdan münaqişənin davam etməsi və miqyasının böyüməsi vəziyyəti kritikləşdirə bilər. Böyük Britaniya bu məsələlərdə əsas kurator rolunu oynayır. Ona görə də düşünürəm ki, İsrailin Rəfaha hücuma etməsi böyük qarşıdurmaya gətirib çıxara biləcək olaylara şərait yarada bilər. Çünki İsrailin xəbərdarlıqlara məhəl qoymadan Rəfaha girməsi regionun digər oyunçularının da münaqişəyə cəlb olunmasına səbəb olar”.

Samir Hümbətov, politoloq

Müsahibimiz qeyd edib ki, söhbət təkcə HƏMAS-dan getmir. HƏMAS dedi ki, atəşkəsə razılıq verir, amma proseslər başqa istiqamətə gedə bilər. Əslində İsrail də öz təhlükəsizliyini təmin etməyə çalışır:

“Yəni əmin olmaq istəyir ki, terrorçulardan heç bir təhlükə, təhdid görməyəcək. Ona görə atəşkəsə tələsmir. Beynəlxalq birlik tərəfindən konkret yol xəritəsi ortaya qoyulmalıdır. Əks halda İsrailin hücumları yaxın gələcəkdə daha çox tərəflərin iştirakı ilə genişmiqyaslı toqquşmalara gətirib çıxaracaq. Bu da təbii arzuolunmazdır".

Aydın Baxış


SON XƏBƏRLƏR