İsrail Qəzza zolağında yeni hərbi əməliyyat başlada bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Əməliyyata səbəb kimi, Qəzzanın bir hissəsinə hələ də nəzarət edən HƏMAS-ın mövqelərini möhkəmləndirməsi göstərilir.
Nəşr qeyd edir ki, HƏMAS nümayəndələri qalan ağır silahlardan imtina etməyə razıdırlar, lakin sayının 60.000 ədəd olduğu təxmin edilən kiçik silahları təhvil vermək niyyətində deyillər.
Bakı 




