• Bakı 23° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

İsrail və Ukrayna XİN rəhbərləri İran təhdidini müzakirə etdi

DÜNYA

23 Iyul 2025 | 14:00

İsrail və Ukrayna XİN rəhbərləri İran təhdidini müzakirə etdi

İsrailin xarici işlər naziri Gideon Saar Kiyevə səfəri çərçivəsində Ukrayna rəsmiləri ilə İrandan qaynaqlanan təhdidləri müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Saar öz “X” hesabında bildirib.

“Kiyevdə olmaqdan və İsrailin Ukrayna ilə həmrəyliyini ifadə etməkdən qürur duyuram. Ukrayna XİN rəhbəri, dostum Andrey Sibiqaya qonaqpərvərliyə görə təşəkkür edirəm. Biz İran təhdidi ilə bağlı strateji dialoq həyata keçirdik. İsrail Ukraynanı və onun xalqını dəstəkləyir. Biz dostluğumuzu möhkəmləndirməyə davam edəcəyik”, - İsrail XİN rəhbəri qeyd edib.


SON XƏBƏRLƏR

06 Sentyabr 2025