İsrail ordusu Qəzza zolağının cənubunda yerləşən Xan Yunis bölgəsinə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, hücum nəticəsində bir fələstinli həlak olub, bir neçə nəfər yaralanıb.
Hücum pilotsuz uçuş aparatı ilə mülki şəxsləri hədəf alaraq həyata keçirilib və ölənlə yaralılar Nasir Xəstəxanasına aparılıb.
Məlumata görə, İsrail hərbi təyyarələri həmçinin Qəzza şəhərinin Zeytun məhəlləsi və Bureyc qaçqın düşərgəsi ətrafına hava zərbələri endirib.
Şahidlərin məlumatına görə, Qəzza zolağının şimalında artilleriya atəşi və digər silahlı hücumlar davam edir.
Əli Hüseynov
Bakı 



