q
  • Bakı 12° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

İsraildə iki hərbçi İrana casusluqda ittiham edilir

DÜNYA

23 Aprel 2026 | 09:00

İsraildə iki hərbçi İrana casusluqda ittiham edilir

İsrailin Tel Nof bazasında F-15 qırıcılarından məsul texniki işçi kimi çalışan Hərbi Hava Qüvvələrinin iki əməkdaşı İrana casusluq etməkdə ittiham olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin KAN dövlət televiziyası məlumat yayıb.

    Məlumata görə həmin şəxslər müharibə dövründə düşmənə kömək etməkdə ittiham olunur və şübhəlilərdən biri dövlətə xəyanət maddəsi ilə ittiham oluna bilər.

    Hadisədən xəbərdar olduqları halda məlumat vermədikləri iddiası ilə daha səkkiz əsgər də istintaqa cəlb olunub.

    İddiaya görə həmin şəxslərdən İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və ordunun sabiq Baş Qərargah rəisi Herzi Halevi haqqında məlumat toplamaları xahiş olunub. Onlar həmçinin İsrail təyyarələrinin mühərriklərinin sxemləri və uçuş təlimatçısının fotoşəkli ilə bağlı sənədləri də düşmənə təqdim ediblər.


    SON XƏBƏRLƏR

    22 Aprel 2026