• Bakı 20° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

“İsraildən aldığımız müasir silahların xüsusi rolu var” -  AÇIQLAMA

SİYASƏT

01 Iyun 2023 | 15:12

“İsraildən aldığımız müasir silahların xüsusi rolu var” -  AÇIQLAMA

“İsraillə Azərbaycan arasında energetika, kənd təsəsrrüfatı, kibertəhlükəsizlik, müdafiə sənayesi, turizm, diaspor fəaliyyəti və digər sahələrdə əməkdaşlıq günü-gündən genişlənir”.

Bunu Bakıvaxtı.az-a İsrail prezidenti İshaq Hersoqun Azərbaycana səfərini şərh edən millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində İsraildən aldığımız müasir silahların xüsusi rolu olub: “O cümlədən II Qarabağ müharibəsi zamanı Ermənistan İsrailə silah almaq üçün müraciət edəndə Azərbaycanla müharibə edən ölkəyə silah satmayacaqlarını bəyan etmişdi. Bu, israilli qardaşlarının əsil dostluqun nümayişi idi”.

Deputat bu ilin mart ayında İsraildə səfirliyimizin aşçılmasının və İsrail Prezidentinin Azərbaycana səfərinin ölkələrimizin arasındakı münasibətlərin daha yüksək səviyyəyə çatmasına töhfə verəcəyini hesab edir.

Cavad


SON XƏBƏRLƏR

23 Aprel 2024