• Bakı 21° C

    3.72 m/s

İsraildən Azərbaycanın Tələvivdə səfirlik açmasına MÜNASİBƏT

SİYASƏT

18 Noyabr 2022 | 16:16

İsraildən Azərbaycanın Tələvivdə səfirlik açmasına MÜNASİBƏT

Azərbaycanın İsraildə səfirlik açması tarixi qərardır.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

“Bu gün (18 noyabr 2022-ci il) Azərbaycan parlamenti Azərbaycanın İsraildə, Təl-Əvivdə səfirliyinin açılması ilə bağlı tarixi qərar qəbul edib. Bu, əhalisinin əksəriyyətinin şiə olduğu müsəlman ölkəsinin İsraildə ilk səfirliyi olacaq”, - bildirilib.

Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi təsis edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026