• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

İsraildən Livanın cənubuna hava hücumu: 10 ölü, 15 yaralı

DÜNYA

16 Oktyabr 2024 | 12:41

İsraildən Livanın cənubuna hava hücumu: 10 ölü, 15 yaralı

İsrailin Livanın cənubuna endirdiyi hava hücumu nəticəsində azı 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tir şəhərindən 10 km cənub-şərqdə yerləşən Qana şəhərində yaşayış binalarına endirilən hava hücumu nəticəsində kütləvi yanğın baş verib, binalar və maşınlar dağılıb.

Mülki müdafiə qrupları və yanğınsöndürənlər yanğını söndürmək və yaralıları Tire xəstəxanalarına çatdırmaq üçün hadisə yerinə gəliblər.

Qeyd edək ki, sentyabrın 23-dən İsrail ordusu Hizbullahla münasibətlərin kəskin şəkildə kəskinləşməsi fonunda Livana intensiv hava zərbələri endirir.

Gülşən Şərif


SON XƏBƏRLƏR