İsrail ordusu Yəmənin Səna beynəlxalq hava limanına zərbələr endirməyə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Qeyd edilib ki, İsrail ordusu hava limanında olan bütün Yəmən vətəndaşlarının İsrailin hava hücumundan əvvəl təxliyə edilmələri barədə xəbərdar edib.
Məlumata görə, hazırda onlarla İsrail təyyarəsi Yəmənə hücum edir.
İsrail hava hücumları Səna hava limanında sərnişin terminalını, mülki təyyarələri və xidmət obyektlərini məhv edib.
***
16:20
İsrail hərbçiləri Yəmənin paytaxtı Sananın beynəlxalq hava limanını və ona bitişik əraziləri dərhal tərk etməyə çağırıblar.
Bu barədə Bakıvaxtı.az “Al Arabia”ya istinadən xəbər verir.
"İsrail hərbçiləri Sana beynəlxalq hava limanının yaxınlığında olan bütün sakinlərə bu ərazini dərhal tərk etmələri barədə xəbərdarlıq ediblər. Bu, "Ənsar Allah" hərəkatının nəzarətində olan əsas logistika mərkəzlərindən biri - Yəmən strateji əhəmiyyətli Hodeyda limanına zərbə endirildikdən bir gün sonra baş verib", - məlumatda bildirilib.