• Bakı 16° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

İsraili qıcıqlandırırlar: Bu qüvvələrin arxasında İran da dayanır

SİYASƏT

08 May 2024 | 10:49

İsraili qıcıqlandırırlar: Bu qüvvələrin arxasında İran da dayanır

Ötən gün İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Rəfahın şərq hissəsində antiterror əməliyyatına başlayıb. Son məlumata görə, İsrail Qəzza-Misir sərhədindəki "Rəfah" keçid məntəqəsini nəzarətə götürüb. Ərazinin ələ keçirilməsi nəticəsində 20 Həmas terrorçusu məhv edilib, 3 tunel ələ keçirilib.

Siyasi şərhçi Azər Həsrət Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, münaqişənin başlamasına səbəb olan HƏMAS ağır nəticələrlə üzləşəciyini hesablamalı idi:

"Ötən ilin oktyabr ayında HƏMAS anidən İsrailə hücum etdi. Bəlkə də elə o hücum bir bəhanə kimi İsrailə lazım idi. Çünki İsrail Qəzza bölgəsini ərəblərdən təmizləmək niyyətindədir. Həmasın ilk addımı onu göstərir ki, ərəb coğrafiyasındakı terror təşkilatları elə İsrailə işləyirlər. HƏMAS qarşısında çox güclü dövlətin olduğunu və alacağı cavabın necə olacağını bilir. Həmasın terror təşkilatının nəticəsi olaraq, bu gün Qəzza tamamilə boşaldılıb. Demək olar ki, İsrail Qəzza bölgəsində nəzarəti tamamilə ələ alıb və istədiyini edir".

İsrailin Rəfaha hücumuna səbəb olan faktorlara toxunan A.Həsrət hesab edir ki, İsraili qıcıqlandıran qüvvələr var. Bu qüvvələrin arxasında İran da dayanır.

Azər Həsrət: İsrailin hücumları özünün müdafiəsinə köklənib, bu baxımdan heç kim bu ölkəni ittiham edə bilməz

"İran fars-molla rejimi İsrailin cavab verməsi üçün səbəblər istehsal etməkdədir. Ona görə də İsrail lazımi cavabı verməyə məcbur olacaq. Əslində İsrailin hücumları özünün müdafiəsinə köklənib. Bu baxımdan heç kim İsraili atdığı addımlara görə ittiham edə bilməz. Çünki müharibəni başlayan HƏMAS terror təşkilatı olub. Onu qızışdıran isə İran kimi dövlətlərdir". - deyə siyasi şərhçi bildirib.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında Fələstinin radikal HƏMAS hərəkatı İsrailə gözlənilməz hücum edib, dinc insanları öldürüb və girov götürüb. Bundan sonra İsrail hərbisi Qəzzaya ölümcül hücumlara başlayıb. İsrailin Baş naziri Benjamin Netanyahu bu hücuma verdikləri cavabın Orta Şərqi dəyişdirəcəyini bildirmişdi.

Gülşən Şərif


SON XƏBƏRLƏR