• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İsrailin Beyruta zərbəsi nəticəsində İran hərbi müşaviri öldü

DÜNYA

01 Avqust 2024 | 00:34 | Müəllif: Subhan Mahmudov

İsrailin Beyruta zərbəsi nəticəsində İran hərbi müşaviri öldü

İranın hərbi müşaviri Milad Beydi iyulun 30-da İsrailin Beyruta endirdiyi aviazərbə nəticəsində həlak olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.

“İranın hərbi müşavirlərindən biri olan Milad Beydi İsrailin Beyruta endirdiyi aviazərbə nəticəsində öldürülüb. Beydinin cəsədi bir neçə saat əvvəl tanınıb. O, Hizbullahın hərbi lideri Fuad Şokrla yanaşı yaşayırmış”, - deyə bildirilib.

Qeyd edək ki, 30 iyulda İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutda Hizbullah hədəflərinə zərbələr endirdiyini, qruplaşmanın komandirlərinin məhv edildiyini açıqlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026