• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

"İsrailin İrana qarşı əməliyyatları Ukraynaya kömək edir" - Netanyahu

DÜNYA

03 Fevral 2023 | 18:52

İsrailin İrana qarşı əməliyyatları Ukraynaya kömək edir - Netanyahu

"İsrailin İrana qarşı gizli əməliyyatları Ukrayna da daxil olmaqla, digər ölkələrə kömək edir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makrona deyib.

Qüds "müxtəlif səviyyələrdə İrana qarşı müstəqil şəkildə hərəkət edir, lakin bu fəaliyyət həm də sistematik olaraq İslam respublikasının İsrailə qarşı imkanlarını azaltmaq və ya zədələmək məqsədi daşıyır" deyə Netanyahu bildirib.
“Əlbəttə, bu, həm də İranın imkanlarına ziyan vurur və ya digər ölkələrə münasibətdə onları azaldır”, - baş nazir bildirib. O, həmçinin Rusiya ilə İran arasında əməkdaşlığın güclənməsindən narahat olduğunu qeyd edib.

Fevralın 2-də Makron və Netanyahu Parisdə görüşərək Yaxın Şərqdə İranı cilovlamaq üçün tədbirləri müzakirə ediblər.
Bundan əvvəl İsrailin baş naziri bildirib ki, onun ölkəsi Ukraynanı “Dəmir günbəz” raketdən müdafiə sistemi ilə təchiz etmək imkanını nəzərdən keçirir.

O, həmçinin vurğulayıb ki, hər iki tərəfdən, eləcə də Vaşinqtondan xahiş olacağı təqdirdə Moskva və Kiyev arasında aparılan danışıqlarda vasitəçi olmağa hazırdır.


SON XƏBƏRLƏR