• Bakı 30° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

HADİSƏ

25 Avqust 2026 | 11:50

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi "Azərbaycandan işçi qüvvəsinin ixracı" layihəsi çərçivəsində Sloveniyada 200-dən çox vakansiya üzrə işə qəbul üçün müraciətlərin qəbuluna başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, müraciətlər onlayn qaydada qəbul olunur.

Təklif olunan iş yerləri əsasən sənaye, logistika və səhiyyə sahələrini əhatə edir. Vakansiyalar arasında material emalçısı, qaynaqçı, çilingər, anbar işçisi, dəzgah operatoru, istehsalat işçisi, tibb bacısı, təsərrüfat xidməti işçisi, texniki xidmət işçisi və s. yer alır.

Vakansiyalar üzrə əməkhaqqı Sloveniyada müəyyən edilmiş minimum əməkhaqqından az olmamaq şərtilə müəyyən edilib və iş yerləri rəsmi əmək müqaviləsi əsasında təklif olunur.

Agentlik xaricdə rəsmi və təminatlı iş imkanlarından yararlanmaq istəyən uyğun namizədləri müraciət etməyə dəvət edir.

Hər bir vakansiya üzrə tələblərlə tanış olmaq və müraciət etmək üçün https://survey.sosial.gov.az/index.php/989738?lang=az linkinə keçid edə bilərsiniz.

Son müraciət tarixi 10 sentyabr 2026-cı ildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Avqust 2026