Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya istintaqında Cümhuriyyət Xalq Partiyasından (CHP) olan keçmiş millət vəkili Aykut Erdoğdu, Qaziosmanpaşa, Böyükçəkməcə, Avcılar, Ceyhan və Seyhan bələdiyyələrinin sədrlərinin də aralarında olduğu 47 nəfər haqqında saxlanılma qərarı verilib.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Məlumata görə, bu, İBB-də korrupsiyaya qarşı beşinci əməliyyatdır.
Bildirib ki, bələdiyyə sədri və müavinləri rüşvət almaqda şübhəli bilinirlər. Onlar daşınmaz və nəqliyyat vasitələrini dəyərindən yüksək məbləğdə satın almaqda, tenderdə saxtakarlıq etməkdə ittiham olunurlar.
İnformasiyaya əsasən, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən həbs edildikdən sonra İBB sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun da aralarında olduğu şübhəlilərin "cinayətkar qruplaşmanın rəhbəri olmaq", "cinayətkar qruplaşmaya üzv olmaq", “rüşvət”, “dələduzluq”, “şəxsi məlumatları qanunsuz ələ keçirmək” və “tenderə fəsad qarışdırmaq” cinayətlərindən aparılan korrupsiya istintaqı çərçivəsində CHP-dən olan keçmiş millət vəkili Aykut Ərdoğdunun rüşvətə vasitəçilik etdiyinə dair faktlar müəyyən edilib.