İstanbulda hərəkət halında olan iki tramvay toqquşub.
Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zeytinburnuda Pazartekke və Topkapı dayanacaqları arasında qeydə alınıb.
Tramvayların üz-üzə toqquşduğu hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıblar.
Qəzanın səbəbləri hələ məlum deyil.




