• Bakı 24° C

    14.18 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

İstanbulda tramvaylar toqquşub: 9 nəfər... - YENİLƏNİB

DÜNYA

28 Avqust 2026 | 23:55

İstanbulda tramvaylar toqquşub: 9 nəfər... - YENİLƏNİB

Türkiyənin İstanbul vilayətinin Zeytinburnu rayonunda iki tramvayın toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb.

Məlumata görə, xəsarət alan 9 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra onlar xəstəxanaya çatdırılıb.

Hazırda qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

22:44

Türkiyənin İstanbul vilayətinin Zeytinburnu rayonunda iki tramvay toqquşub.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, toqquşmadan sonra əraziyə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026