• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

İstanbuldan Moskvaya uçan təyyarə Vilnüsdə məcburi eniş etdi

DÜNYA

28 May 2022 | 19:21

İstanbuldan Moskvaya uçan təyyarə Vilnüsdə məcburi eniş etdi

İstanbuldan Moskvaya uçan “Türk Hava Yollarına” məxsus sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Vilnüs Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “LRT” milli radiosunun efirində hava limanının ictimai əlaqələr şöbəsinin rəhbəri Marius Zelyanyus məlumat verib.

Onun sözlərinə görə, hazırda laynerə baxış keçirilir: “Sərnişinlər terminaldadırlar və dayandırılmış reysi davam etdirmək üçün gözləyirlər”.

O, qeyd edib ki, yoxlanışın nə qədər davam edəcəyi daşıyıcıdan asılıdır.


SON XƏBƏRLƏR

19 Aprel 2024