• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

İstədiyimiz ərzaq məhsullarının qiymətlərini aşağı sala bilərik - Jeroom Remmes

COP29

11 Noyabr 2024 | 15:43

İstədiyimiz ərzaq məhsullarının qiymətlərini aşağı sala bilərik - Jeroom Remmes

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası(COP29) çərçivəsində “TAPP(True animal protein price coalition) Koalisiyası: COP28 Ərzaq Bəyannaməsi (və Gizli Ərzaq Xərcləri, fiskal tədbirlər, yeni FAO SOFA 2024 hesabatının təhlili” mövzusunda mətbuat konfransı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, konfransda çıxış edən koalisiya rəhbəri Jeroom Remmes bildirib ki, fermerlərin ədalətli maaşa ehtiyacları var.

“Bu həm də sağlamlıq xərcləri adlana bilər. Biz hamımız piylənmə haqqında bilirik, lakin ürək xəstəlikləri, şəkərli diabet və xərçəng kimi bir çox yoluxucu olmayan xəstəliklər də var ki, bunlar da yediyimiz qidalardan aslıdır. Bu yeməyi bir az daha bahalaşdıracaq, lakin digər tərəfdən, biz daha çox yemək istədiyimiz ərzaq məhsullarının qiymətlərini də aşağı sala bilərik, çünki bu, planet üçün daha yaxşıdır.

Müxtəlif ölkələrdə, o cümlədən Çin və Amerikada bəzi sorğular aparılıb və bu araşdırmaya görə, ət vergisinin dəstəyi qalıq yanacaq vergilərindən daha böyükdür”,- deyə o bildirib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.


SON XƏBƏRLƏR

26 Dekabr 2024