İsveç hakimiyyəti 2025 və 2026-cı illərdə Ukraynaya 2,25 milyard dollar hərbi yardım ayırmağa qərar verib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Krallığın müdafiə naziri Pol Conson ukraynalı həmkarı Rustem Umerovla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
Məlumata görə, Stokholm eyni zamanda Ukraynanın hərbi-sənaye kompleksinə (MİK) sərmayə qoymağa, uzaq mənzilli raketlərin və pilotsuz uçuş aparatlarının (PUA) kütləvi istehsalını maliyyələşdirməyə hazırdır.
Mina Mikayılova