İsveçrə hakimiyyəti Rusiyaya qarşı Aİ-nin 18-ci sanksiya paketinə daxil olan bəzi sanksiyalarla eynilik təşkil edən bir sıra sanksiyalar tətbiq etmək qərarına gəlib.
Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə İsveçrə hökuməti bəyanat yayıb.
Bəyanata görə, oktyabrın 29-da Federal Şura İsveçrənin Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiya paketindən əlavə tədbirləri, həmçinin Belarusa qarşı əlavə tədbirləri həyata keçirməsi barədə qərar qəbul edib.
Yeni tədbirlər əsasən ticarət, maliyyə və enerji sektorlarına yönələcək. .Eyni zamanda, İsveçrə Rusiya xam neftindən əldə edilən neft məhsullarının üçüncü ölkələrə (Kanada, Norveç, Böyük Britaniya və ABŞ istisna olmaqla) idxalını qadağan edəcək. Ölkə həmçinin "Şimal axını" və "Şimal axını 2" boru kəmərləri ilə bağlı əməliyyatlara qadağa qoyur.
İsveçrə sanksiyaları oktyabrın 30-dan qüvvəyə minir.
Gülşən Şərif
Bakı 


