• Bakı 16° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

İsveçrə Rusiyanın 8 KİV-nə qarşı sanksiyalar tətbiq edib

DÜNYA

22 Aprel 2025 | 16:25

İsveçrə Rusiyanın 8 KİV-nə qarşı sanksiyalar tətbiq edib

İsveçrə hökuməti Rusiyanın səkkiz KİV-ni sanksiya siyahısına əlavə edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) saytında yerləşdirilən sənəddə qeyd olunub.

Digərləri ilə yanaşı, sanksiya siyahısına "Lenta.ru" internet-nəşri, "Zvezda" televiziya kanalı və "Krasnaya zvezda" qəzeti, “Eurasia Daily” informasiya saytı, “News Front” agentliyi, “SouthFront” saytı, “RuBaltic.ru” portalı və Strateji Mədəniyyət Fondu daxil edilib. Qeyd olunur ki, məhdudiyyətlər aprelin 23-dən qüvvəyə minəcək.


SON XƏBƏRLƏR