• Bakı C

    9.15 m/s

  • USD - 1.7

    EUR - 1.7844

    RUB - 1.8611

İtaliya sahil mühafizəsi fırtınada 130 miqrantı xilas edib

CƏMİYYƏT

04 Fevral 2025 | 12:54

İtaliya sahil mühafizəsi fırtınada 130 miqrantı xilas edib

İtaliyanın sahil mühafizə xidmətinin əməkdaşları güclü fırtına zamanı açıq dənizdə 130 miqrantı xilas ediblər.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Belə ki, sahil mühafizə xidmətinə məxsus iki patrul gəmisi ölkənin cənubundakı Kalabriya bölgəsinin Krotone şəhərindən 110 mil cənubda fırtınaya düşmüş balıqçı qayığını aşkarlayıb. Xilasedicilər güclü yağış və 6 metr hündürlüyündə dalğalarla mübarizə apararaq çətin və təhlükəli əməliyyat həyata keçiriblər. Ümumilikdə 7 saat davam edən əməliyyat nəticəsində miqrantlar patrul gəmilərinə köçürülərək limana çatdırılıb, onlara tibbi yardım göstərilib.

Məlumata görə, qayığın yanvarın 30-da Türkiyədən yola düşdüyü bildirilir. Sərnişinlərin əksəriyyəti Əfqanıstan, İran, İraq və Pakistan vətəndaşları olub.

Əli Hüseynov


SON XƏBƏRLƏR