İtaliya Ukraynaya 12-ci hərbi yardım paketini rəsmən təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, İtaliyanın müdafiə naziri Quido Krosetto tərəfindən imzalanmış və Xarici İşlər və İqtisadiyyat nazirliklərinin rəhbərləri ilə razılaşdırılmış fərmana əsasən, Ukrayna hökuməti hərbi materialların, avadanlıqların və ləvazimatların növbəti partiyasını alacaq.
Təhlükəsizliyə görə, təhvil verilmiş əmlakın tam siyahısı "gizli" olaraq təsnif edilir və ictimaiyyətə açıqlanmır.
Fərmanda qeyd olunur ki, avadanlıq və material pulsuz verilir və balansdan silinir.
Aynur Babazadə
Bakı 



