• Bakı 20° C

    4 m/s

İtaliyanın Baş naziri Rusiyaya səfər edəcək

DÜNYA

17 Fevral 2022 | 20:38 | Müəllif: Subhan Mahmudov

İtaliyanın Baş naziri Rusiyaya səfər edəcək

İtaliyanın Baş naziri Mario Draqi qarşıdakı günlərdə Rusiyaya səfər edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, baş nazir bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiyaya səfər çərçivəsində Prezident Vladimir Putinlə görüşü planlaşdırılır və artıq görüşün təşkil edilməsi istiqamətində işlər aparılır.
Baş nazir görüşün qarşıdakı günlərdə baş tutacağını düşündüyünü vurğulayıb.

Qeyd edək ki, bu gün İtaliyanın xarici işlər naziri Luici Di Mayo da rusiyalı həmkarı Sergey Lavrovla Draqi və Putin arasında görüşün mümkün tarixini müzakirə etdiyini deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026