• Bakı 18° C

    4.98 m/s

  • USD - 1.7

    EUR - 1.859

    RUB - 0.0176

İtkilərə səbəb olan xəstəliklər icbari sığortadan kənardadır - Komitə sədri

CƏMİYYƏT

29 Noyabr 2023 | 16:36

İtkilərə səbəb olan xəstəliklər icbari sığortadan kənardadır - Komitə sədri

İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xəstəliklərin sayı artır, amma bu gün ana və uşaqlar arasında böyük itkilərə səbəb olan xəstəliklər var ki, icbari sığortadan kənardadır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, bu gün nə qədər analar süd vəzi xərçənginə tutulur, nə qədər uşaq leykozdan əziyyət çəkir:

"Onkoloji xəstəliklər üçün dərmanların nə qədər bahalı olduğunu yaxşı bilirsiniz. Bu istiqamətdə danışıqlar aparılıb. Amma yaxşı olardı ki, proses sürətləndirilsin".


SON XƏBƏRLƏR