• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İTV Yayım Şurasına yeni namizədlər müzakirəyə çıxarıldı

CƏMİYYƏT

14 Aprel 2023 | 12:08

İTV Yayım Şurasına yeni namizədlər müzakirəyə çıxarıldı

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi Milli Məclisə daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məsələ bu gün parlamentin Mədəniyyət komitəsində müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Həsən Cəfərov (AHİK-in katibi) və Əzim Talıbov (AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin katib), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Teymur Kərimli (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru) və Sərxan Xavəri (AMEA Rəyasət Heyətinin elmi katibi), Mətbuat Şurası Azər Həsrət (Mətbuat Şurası İdarə Heyətinin üzvü) və Aqil Ələsgərin (Mətbuat Şurası İdarə Heyətinin üzvü) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədliyini irəli sürüb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026