• Bakı 22° C

    11.45 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

İzmirdə meşə yanğını yaşayış məntəqələri təxliyə edilib - YENİLƏNİB

DÜNYA

29 Iyun 2025 | 23:55

İzmirdə meşə yanğını yaşayış məntəqələri təxliyə edilib - YENİLƏNİB

Türkiyənin İzmir şəhərinin Menderes, Qaziemir və Seferihisar rayonlarında güclü meşə yanğınları qeydə alınıb.

Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir ki, yanğınla əlaqədar 4 kənd və 2 məhəllənin sakinləri təxliyə edilib.

Təbii fəlakət zamanı 3 ev, 1 traktor və 1 avtomobil yararsız hala düşüb.

İzmir Beynəlxalq Hava Limanı əyalətdə davam edən meşə yanğınları səbəbindən uçuşları müvəqqəti olaraq dayandırıb. Buna səbəb Adnan Menderes Hava Limanı Qaziemir rayonunda yanğın zonasının yaxınlığında yerləşməsidir. Davam edən meşə yanğını, tüstü və yanğınsöndürən təyyarələrin işi səbəbindən hava limanı təyyarələrin qəbulunu və enişini dayandırıb. İzmirə gələn bəzi reyslər başqa hava limanlarına yönləndirilib. Yanğının nəzarət altına alınmasından sonra uçuşların həmişəki kimi davam edəcəyi gözlənilir. Yanğının söndürülməsinə 1,1 min yanğınsöndürən, 6 təyyarə, 23 su maşını göndərilib. Sürəti saatda 70-117 km arasında dəyişən güclü küləklər səbəbindən yanğınsöndürən təyyarələrin uçuşu və mütəmadi su atması çətinləşir.

***

20:57

İzmirin Menderes və Seferihisar rayonları arasında meşə yanğınları davam edir.

Bakıvaxtı.az xəbər verir ki, baş verən yanğınla havadan və qurudan qrupların mübarizəsi davam edir.

Seferihisarın Cümhuriyyət məhəlləsinə çatan yanğınla əlaqədar məhəllənin bir hissəsi boşaldılıb, insanlar təxliyə edilir.


SON XƏBƏRLƏR

29 Iyun 2025