• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Jurnalist sorğuları ilə bağlı dövlət qurumlarına ÇAĞIRIŞ - FOTOLAR

MEDİA

19 May 2022 | 11:53

Jurnalist sorğuları ilə bağlı dövlət qurumlarına ÇAĞIRIŞ - FOTOLAR

"Ədliyyə orqanları ilə jurnalistlərin işi ölkəmizin beynəlxalq imicinə bir başa təsir edən amillərdən biridir. Bu baxımdan dövlət qurumlarının kommunikasiya siyasətinin mühüm əhəmiyyəti var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli media nümayəndələri üçün “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda birgə təlimdə bildirib.

O qeyd edib ki, zaman və sərhəd tanımayam qeyri-peşəkar jurnalistlərin fəaliyyətinin genişlənməsi peşəkar media nümayəndələrinin işində rəqabəti artırır: “Bəzi hadisələrlə bağlı hazırlanan xəbərlərin vaxt itirmədən təqdim edilməsinə ehtiyac var. Odur ki, dövlət qurumlarının jurnalistlərin informasiya sorğularına operativ reaksiya verməsinin əhəmiyyəti böyükdür”.

N.Məmmədli bildirib ki, media savadlılığını artırılması istiqamətində bir çox tədbirlər keçirilib: "Media İnkişaf Agentliyi olaraq biz ötən il 600-dan çox jurnalist üçün təlim keçirmişik. Bu il də 800-ə yaxın jurnalisti əhatə edən təlimlər keçirəcəyik”. 

Qeyd edək ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Hakimlər Assosiasiyaları İttifaqının təşkilatçılığı ilə media nümayəndələri üçün “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda birgə təlimi keçirilir.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

26 Aprel 2024