• Bakı 21° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Jurnalistika ixtisasına qabiliyyət imtahanı bu tarixdə olacaq

CƏMİYYƏT

24 Iyul 2024 | 14:45

Jurnalistika ixtisasına qabiliyyət imtahanı bu tarixdə olacaq

Jurnalistika ixtisasına qabiliyyət imtahanının tarixi açıqlanıb.

Bakıvaxtı.az DİM-ə istinadən xəbər verir ki, III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər 24-29 iyul 2024-cü il tarixlərində DİM-in internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 4-də keçiriləcək.

Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.


SON XƏBƏRLƏR

08 Iyun 2025
07 Iyun 2025